Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 19:23

Elmar Məmmədyarov: 'Status-kvo dəyişməlidir'


Elmar Məmmədyarov

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sənəddə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri səviyyəsində ötən il Sankt-Peterburqda birgə görüş zamanı iş aparılıb. Hazırda bu danışıqlar masasında əsas sənəd olaraq qalır”.

Xarici işlər naziri Elmar Məmmədyarov bunu bu gün, iyunun 12-si estoniyalı həmkarı Sven Mikserlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir aprelin 29-da Moskvada ermənistanlı və rusiyalı həmkarları ilə görüşü haqda məlumat verib, danışıqlar prosesinin irəliləyə aparılması ilə bağlı müzakirələr apardıqlarını deyib.

Buna da bax:​ E.Məmmədyarov: 'Azərbaycan öhdəliklərinə sadiqdir'

“Azərbaycan Dağlıq Qarabağ üzrə substativ danışıqların başlanmasını istəyir. Mövqeyimiz dəyişməz olaraq alır. Status-kvo dəyişməlidir, belə ki, onun saxlanılmasının hansı fəsadlara yola aça biləcəyi hamıya məlumdur”, – deyən nazir ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinə də toxunub.

“Həmsədrlər hazırda Ermənistanda səfərdədirlər. Gözləyək görək, onlar Ermənistandan Bakıya hansı mesajla gələcəklər. Onların hansı təkliflərlə Bakıya gələcəyini deyə bilmərəm”, - nazir qeyd edib.

Buna da bax:​ Həmsədrlər Yerevanda Qarabağ münaqişəsini müzakirə ediblər

Sven Mikser
Sven Mikser

Estoniyanın xarici işlər naziri Sven Mikser isə Azərbaycan-Estoniya münasibətlərinin inkişaf perspektivləri haqda danışıb. O, vurğulayıb ki, iki ölkə arasında xüsusən təhsil və informasiya texnologiyaları sahələrində münasibətlərin dərinləşdirilməsindən ötrü böyük potensial mövcuddur.

"Əməkdaşlıq əlaqələrinin bu istiqamətlərdə genişləndirilməsi üçün çalışmalıyıq. Ümidvaram ki, Azərbaycan və Avropa Birliyi strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar. Bizim üçün sazişin məzmunu çox mühümdür. Çünki məzmun ölkələrimiz arasındakı münasibətlərə də müsbət təsir edə bilər”, - estoniyalı nazir qeyd edib.

S.Mikser Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına da toxunub.

Buna da bax:​ Qarabağda müharibə olacaqmı?

“Münaqişənin hərbi yolla həlli yoxdur. Sülh yolu ilə nizamlanma münaqişəyə cəlb olunmuş tərəflərin də maraqlarına xidmət edir”, – o, bildirib.

Mətbuat konfransından əvvəl Elmar Məmmədyarovla Sven Mikser-in görüşü olub.

Görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Buna da bax: Fransa Ermənistanla Azərbaycanı öhtəliklərini yerinə yetirməyə çağırır

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.2016-cı ilin oktyabrında 11 illik həbsdən çıxmasına bir neçə ay qalmış ona yeni ittihamlar irəli sürülüb. Həmin ittihamlar CM-nın 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi) və 317. 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsinə) maddələri üzrə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG