Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 04:20

E.Məmmədyarov: 'Azərbaycan öhdəliklərinə sadiqdir'


E.Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-da Respublika Günü və Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümünə həsr edilmiş qəbulda açılış nitqi ilə çıxış edib.

E.Məmmədyarov deyib ki, üzləşdiyi iqtisadi problemlərə, təcavüzə baxmayaraq, Azərbaycan BMT-yə üzv olduğu gündən özünü iqtisadi-siyasi cəhətdən etibarlı tərəfdaş kimi sübut edib. Bu müddət ərzində BMT-nin Azərbaycana dəstəyini yüksək qiymətləndirirlər.

O vurğulayıb ki, Azərbaycan Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipi əsasında siyasi həllinə sadiqdir:

«Bunu beynəlxalq hüquq tələb edir. Bu, BMT Təhlükəsizlik Şurası, Baş Assambleyanın münaqişəyə dair müvafiq qətnamələrinin birmənalı tələbidir».

Nazir deyib ki, Azərbaycan tərksilah və silahların yayılmamasına dair müvafiq beynəlxalq öhdəliklərə də tam əməl edir.

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan sülh, təhlükəsizlik, dayanıqlı inkişaf yolunda birgə səylərə həqiqətən töhfə verən, fəal və güclü tərəfdaş kimi qalacaq.

XATIRLATMA

Mayın 25-də Nyu-Yorkda Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi və Respublika Günü qeyd edilib.

99 il bundan öncə mayın 28-i Şərqdə ilk demokratik ölkə kimi dəyərləndirilən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulub.

Cəmi 23 ay hökm sürən AXC-yə 1920-ci il aprelin 28-də Rusiyadan gələn XI Qızıl Ordunun işğalı ilə son qoyulub.

Azərbaycan 1991-ci il oktyabrın 18-də yenidən müstəqilliyini bəyan edib. 1992-ci ilin fevralında Azərbaycan BMT-yə üzv qəbul edilib.

Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra mayın 28-i Respublika Günü kimi qeyd edilir.

Azərbaycan xarici işlər naziri E.Məmmədyarov hər iki tarixi hadisə ilə bağlı Nyu-Yorkda keçirilən qəbullara qatılmaq məqsədilə mayın 24-dən ABŞ-da səfərdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG