Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 10:26

Türkiyədə Haaqa məhkəməsinin hakiminə həbs cəzası kəsildi


Foto arxiv

Türkiyə məhkəməsi BMT-nin Haaqadakı beynəlxalq məhkəməsinin hakimi Aydın Sefa Akay-ı 7 il yarım həbs cəzasına məhkum edib.

“Anadolu” agentliyinin məlumatına görə, qərar iyunun 14-də Ankara məhkəməsində çıxarılıb.

O, hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülen hərəkatının üzvü olmaqda təqsirli bilinib.

Türkiyə hakimiyyəti Fətullah Güleni 2016-cı il 15 iyul qiyam cəhdinin əsas təşkilatçısı hesab edir.

Akay ötən ilin sentyabrında həbs olunub.

Haaqa məhkəməsi onun həbsi və mühakimə olunmasını beynəlxalq hüququn pozulması hesab edir.

Qeyd edək ki, Akayın diplomat toxunulmazlığı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG