Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 05:37

Belarus Rusiya rublundan imtina edir


Rusiya rublu

Belarus ehtiyat valyuta kimi Rusiya rublundan imtina edəcək.

Bu barədə Belarus Milli Bankı-nın rəsmi saytı məlumat verir.

Məlumatda deyilir ki, artıq iyulun 1-dən Belarusun qızıl-valyuta ehtiyatları, beynəlxlaq aktivlərin həcmi ilə ifadə olunacaq.

Belarusda milli standartlara, rusiya rublundan başqa, ehtiyatlar sırasında yer alan qiymətli daşlar və metallar da daxildir.

Qeyd edək ki, son vaxtlar Belarusla Rusiya arasında münasibətlərin soyuqlaşdığı müşahidə olunur.

Belarus prezidenti Aleksandr Lukashenka Moskvanı dolayısı ilə keçmiş Sovet Respublikaları ilə ticarətdə hökmüranlığa cəhddə günahlandırıb.

Azadlıq Radiosunun məlumatına görə, o, bu il aprelin 21-də parlamentdə şıxışında Avrasiya İqtisadi Birliyi ölkələri arasında bərabər və qarşılıqlı əlaqlər qurmağın çətin olduğunu deyib.

Lukashenko bildirib ki, Avrasiya İqtisadi Birliyində ticarət dövriyyəsinin azalamasına himayədarlıq səbəb olub.

Avrasiya İqtisadi Birliyinə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir. Qurumun şurası isə bu günlərdə Bişkek sammitində Moldovaya birlikdə müşahidəçi statusu verilməsini qərara alıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG