Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 23:19

ABŞ prezidenti Donald Trump Belarus prezidenti Alyaksandr Lukashenka və onun hakim aparatının üzvlərinə qarşı sanksiyaları bir illiyə uzadıb.

İyunun 13-də Konqresə göndərdiyi məktubunda Trump Belarusla bağlı fövqəladə vəziyyətin müddətini uzadıb.

Məktubda qeyd olunur ki, Belarus hökumətinin bəzi üzvlərinin hərəkətləri və siyasəti Belarusda demokratik proseslərə və institutlara zərbə vurur, eləcə də Birləşmiş Ştatların milli təhlükəsizliyi və xarici siyasətinə qeyri-adi və fövqəladə təhlükə yaratmaqdadır.

Belarusla bağlı fövqəladə vəziyyəti ilk dəfə prezident George W.Bush 2006-cı ildə elan edib. O vaxtdan hər il uzadılır.

İnsan haqları fəalları deyirlər ki, Lukashenka 1994-cü ildən narazıları susdurmaqla və potensial rəqiblərini sıradan çıxarmaqla hakimiyyəti əlində saxlayıb.

Bu ölkə iqtisadi baxımdan Rusiyadan xeyli dərəcədə asılıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG