Keçid linkləri

2017, 26 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:06

Avropa Parlamenti Böyük Britaniyanı mövqeinə aydınlıq gətirməyə çağırır


Foto arxiv

Avropa Parlamenti Böyük Britaniyanı Avropa Birliyindən çıxmaq planına aydınlıq gətirməyə çağırır.

Avropa Parlamentinin “Breksit” danışıqları üzrə nümayəndəsi, Belçikanın keçmiş baş naziri Qi Verxofstadt bildirib ki, mümkün qədər tez, Britaniyanın danışıqlar planına sadiq qalması və ya iyunun 8-də keçirilən parlament seçkisindən sonra mövqeini dəyişib-dəyişməyəcəyinə aydınlıq gətirməlidir.

Qeyd edək ki, baş nazir Theresa May-in mühavizəkarlar partiyası parlament seçkisində icmalar palatasında çoxluğu itirib və İrlandiyanın Demokratik Yunionist Partiyası ilə koalision hökumət qurmaq məcburiyyətindədir.

Buna görə bir çox deputatlar Thereza May-i “Breksit”lə bağlı ilkin mövqeini yumşaltmağa, kəskin miqrasiya kursundan və Avropa Birliyiilə razılaşma olmadan Britaniyanın ondan çıxmasının mümkünlüyü ilə bağlı bəyanatlardan imtina etməyə çağırıblar.

Böyük Britaniyanın “Breksit” üzrə naziri Devid Devis iyunun 12-də təsdiqləyib ki, ölkənin Avropa Birliyindən çıxması ilə bağlı danışıqlar iyunun 19-da başlayacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG