Keçid linkləri

2017, 24 Avqust, Cümə axşamı, Bakı vaxtı 09:07

ATƏT Kosovodakı seçkini 'nizamlı' adlandırdı


Kosovoda seçkilər

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Kosovoda vaxtından qabaq keçirilmiş parlament seçkilərini «nizamlı» adlandırıb, səsvermənin böyük pozuntu, yaxud insidentsiz keçdiyini bildirib.

Seçkiyə texniki yardım və dəstək vermiş ATƏT müşahidəçiləri ilkin dəyərləndirməni iyunun 12-də açıqlayıblar.

Qurum pozuntular sırasında bəzi seçicilərin serb kimlik vəsiqəsinin qəbul olunmamasını, iki və bir neçə dəfə səs vermə hallarını göstərib. Ancaq bu problemlərin də həllini tapdığı vurğulanıb.

İlkin nəticələrə görə, mərkəz-sağçı Kosovo Demokratik Partiyası (PDK) seçkidə daha çox səs qazanıb. Ancaq bu partiyanın hətta planlaşdırdığı koalisiya tərəfdaşlarıyla belə, idarəçilikdən ötrü yetərincə səs qazanmadığı bildirilir.

Səsvermə nəticələri millətçi VV partiyasının da gücləndiyini üzə çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG