Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:20

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Stefan SchennachCezar Florin Preda Azərbaycanda səfərdədirlər.

Səfər zamanı həmməruzəçilərin Azərbaycan prezidenti, Milli Məclis sədri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Baş prokuror, ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi, ombudsman ilə görüşü gözlənilir.

S.Schennach və C.F.Preda-nın vətəndaş cəmiyyətinin nümayəndələri, hüquqşünaslar, müxalifət partiyaları və həbsdə olan bəzi fəallarla da görüşü nəzərdə tutulur.

Səfər iyunun 14-də başa çatmalıdır.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan üzərinə insan hüquqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və başqa məsələlərlə bağlı öhdəlik götürüb. Götürülən bu öhdəliklərlə bağlı monitorinqlər davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG