Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:11

Londondakı hücumçuların Molotov kokteyli olubmuş


London Bridge-də terror törətməkdə günahkar bilinənlər. Youssef Zaghba, Khuram Shazad Butt and Rachid Redouane (soldan sağa)

Ötən həftə London Bridge-də səkkiz nəfəri öldürmüş şəxslər Molotov kokteyli hazırlayıblarmış və piyadaların üstünə sürməyə daha böyük maşın kirayələməyə çalışıblar. Bu haqda Britaniya polisi iyunun 10-da məlumat yayıb.

Polis yandırıcı maddəylə dolu 13 butulkanı və 2 lehim lampasını həmin şəxslərin kirayələdiyi ağ furqonda aşkarladığını bildirir.

Buna da bax:​ London polisi terror aktlarında şübhəli bilinən 12 nəfəri saxlayıb (Video)

İyunun 3-də 3 nəfər furqonu piyadaların üstünə sürüb, daha sonra əhalinin gur olduğu yerdə adamları bıçaqlayıb. Polis həmin şəxsləri güllələyib.

Polis bildirir ki, hücum edənlərdən biri Khuram Shazad Butt 7,5 tonluq yük maşını kirayələmək istəyib, ancaq pulunu vaxtında ödəyə bilmədiyi üçün alınmayıb.

Hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) ekstremist qrupu üzərinə götürüb. Ancaq polis rəsmisi hücum edənlərin xaricdən idarə olunmasına dair sübut tapılmadığını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG