Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:45

London polisi terror aktlarında şübhəli bilinən 12 nəfəri saxlayıb (Video)


Britaniya polisi dünən axşam Londonda törədilən terror aktlarında ölənlərin 7 nəfər olduğunu bildirir.

Bu barədə iyunun 4 -də Londonun polis rəisi Cressida Dick məlumat verib.

Bundan əvvəlki məlumatlarda 6 nəfərin öldüyü bildirilirdi.

Bundan başqa 50-ə yaxın adam yaralanıb.

London meri Sadiq Khan deyib ki, yaralılardan bir neçəsi ağır vəziyyətdədir.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Böyük Britaniyanın baş naziri Theresa May ölkədəki son hücumların ümumi bir şəbəkə ilə bağlı olmadığını deyib.

O bu hücumların, islam və həqiqətin təhrif olunmasından doğan çirkin ideologiya ilə bağlı olduğunu bildirib.

***

Britaniya polisi paytaxt Londonda iyunun 3-də axşam saat 22 radələrində baş vermiş üç hadisədən ikisinin “terror hücumu” olduğunu təsdiq edib.

Bu hadisələr zamanı 6 nəfər həlak olub. Polis həmçinin 3 şübhəlinin öldürüldüyünü bildirib.

Xəbər verilir ki, şəhərin mərkəzindəki London Bridge dəmir yolu qovşağında avtoqfurqon piyadaların üstünə sürülüb. Şahidlərin dediyinə görə saatda təxminən 80 kilometr sürətlə gedən avtomobil bir neçə piyadanı vurub.

İkinci hadisə bu əraziyə yaxın Borough Market deyilən yerdə baş verib. Polis xəbər verir ki, buradakı restoranlardan birinə əllərində bıçaqlar olan şəxslər hücum ediblər.

Britaniyada dövlət bayraqları endirilib
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Polis bu iki hadisənin bir-biri ilə əlaqəli olduğunu düşünür.

Londonun Vauxhall deyilən rayonunda baş vermiş üçüncü hadisənin terrorla əlaqədar olmadığı bildirilir.

Rəsmi xəbərlərdə söhbət “üç şübhəli şəxsdən” gedir. Onlardan birinin, bəzi məlumatlara görə ikisinin polis tərəfindən güllə ilə vurulduğu bildirilir.

Son məlumatlara görə London Bridge rayonunda adamları maşınla vuranlar daha sonra Borough Marketdəki restorana hücum ediblər.

Hadisə ilə əlaqədar Britaniyanın baş naziri Theresa May və London meri Sadeq Xan bəyanat veriblər.

ABŞ prezidenti Donald Trump yazdığı tvitdə “adamların təhlükəsizliyinin müdafiəsi üçün miqrasiya qadağanının vacibliyindən” söz açıb.

Britaniya mediası hadisə nəticəsində 20-dək adamın xəsarət aldığını xəbər verir.

Britaniya telekanallarında göstərilən fotolardan birində polisin vurduğu iddia edilən iki şübhəlinin yerdə olduğu görünür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG