Keçid linkləri

2017, 26 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:13

Dövlət qulluğunda keçid balları aşağı salınıb


Keçmiş TQDK binası

Dövlət qulluğuna qəbul imtahanlarında keçid balları dəyişdirilib.

Bu haqda Dövlət İmtahan Mərkəzinin hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov məlumat verib.

Onun bildirdiyinə görə, keçid balları aşağı salınıb. Əgər əvvəllər hansısa nazirliyin mərkəzi aparatında məsləhətçi vakansiyasından ötrü keçid balı 75 bal idisə, yeni qaydaya görə, keçid balı 70 müəyyən edilib. Keçid balı 70 olan vakansiyalarda isə ballar 65-ə endirilib.

Buna da bax:​ Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi rəsmisi bundan sonra daha yüksək vəzifələrə də seçimin də müsabiqə yolu ilə olacağını deyib.

O, xatırladıb ki, indiyədək inzibati vəzifələrin yalnız 5-7-ci təsnifatı üzrə vakansiyalara qəbul müsabiqə yolu ilə aparılıb. Bundan sonra aparat rəhbəri, şöbə müdiri vəzifələrə seçim də müsabiqə ilə olacaq.

Azərbaycanda imtahanlar zamanı keçid ballarının aşağı salınması təcrübəsi bir neçə ildir tətbiq olunur.

Bir neçə il əvvəl abituriyentlərdən ötrü keçirilən qəbul imtahanlarında keçid balları aşağı salınmışdı. O zaman Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bunu abituriyentlərin hazırlığının, bilik səviyyəsinin aşağı olması ilə izah edirdi.

Buna da bax:​ Tarif Şurası dövlət qulluğuna qəbul imtahanlarına 'qiymət qoydu'

Ancaq bir çox ekspertlər belə qərarların yanlış olduğunu deyirlər. Onlar hesab edirlər ki, bilik səviyyəsinin aşağı olmasına görə, müsabiqələrdə keçid ballarının aşağı salınması heç bir məntiqə cavab vermir.

Xatırlatma

Azərbaycanda bu ildən qəbul imtahanları pullu olub.

Ancaq, orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı imtahanlarda ilk dəfə iştirakda pul ödənilmir. Bundan başqa, ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə ilk dəfə qəbul olmaq istəyənlər də imtahanlarda ödəniş etməyiblər.

Buna da bax:​ Dövlət qulluğuna qəbulda dəyişiklik gözlənir

Prezident İlham Əliyevin fevralın 24-də tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında verdiyi sərəncamda bu məsələlər öz əksini tapmışdı.

Qiymətlər 10-110 manat arasında dəyişir. Bura dövlət qulluğuna qəbul da aiddir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG