Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 22:14

Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlanıb


İmtahan (arxiv fotosu)

Ali təhsil müəssisələrinə keçiriləcək yay qəbul və buraxılış imtahanlarının vaxtı açıqlanıb.

Xəbəri Dövlət İmtahan Mərkəzi (DİM) yayıb.

Bununla yanaşı DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarından ötrü keçirilən imtahanlarının vaxtını da müəyyən edib.

DİM bildirir ki, ali təhsil müəssisələrinə II, III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 14-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 22-də keçiriləcək.

Buna da bax:​ Tarif Şurası dövlət qulluğuna qəbul imtahanlarına 'qiymət qoydu'

Bölgələr üzrə ümumi orta (9 illik, II mərhələ) və tam orta (11 illik) məktəblərində təhsil alanların yekun qiymətləndirilməsindən ötrü keçirilən buraxılış imtahanları 17, 23, 30 iyun tarixlərində baş tutacaq.

2017-ci ildə ali məktəblərə qəbul imtahanları ilk dəfə olaraq iki dəfə keçirilir. İlk imtahanlar bu il aprelin sonu, mayın əvvəlində keçirilib.

İmtahanlara təkrar qoşulanlar bundan ötrü 40 manat ödəniş etməlidirlər.

Buna da bax:​ DİM ikinci qəbul imtahanı ilə bağlı açıqlama yayıb

Xatırlatma

Azərbaycanda bu ildən qəbul imtahanları pullu olub. Qiymətlər 10 manatdan 100 manat arasında dəyişir

Ancaq, orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı imtahanlarda ilk dəfə iştirakda pul ödənilmir. Bundan başqa, ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə ilk dəfə qəbul olmaq istəyənlər də imtahanlarda ödəniş etməyiblər.

Prezident İlham Əliyevin fevralın 24-də tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında verdiyi sərəncamda bu məsələlər öz əksini tapmışdı.

Buna da bax:​ İmtahan pulunun məbləği bilindi - 10-100 manat

Dövlət qulluğuna qəbula bağlı imtahanlarda isə qiymət 10 manatla 110 manat arasında dəyişir.

Günün bütün mövzuları

XS
SM
MD
LG