Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 04:23

DİM ikinci qəbul imtahanı ilə bağlı açıqlama yayıb


İmtahan

Dövlət İmtahan Mərkəzi (DİM) I, II, III və IV ixtisas qrupları üzrə ikinci qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərə müraciət edib.

Açıqlamada bildirilir ki, birinci imtahanda iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahana da qatıla biləcəklər.

Bundan ötrü abituriyentlər mayın 4-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməkdən ötrü onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməlidirlər.

Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə göstərilən tarixlərdə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edə biləcəklər.

Bu il ali məktəblərə qəbul imtahanı iki dəfə keçiriləcək.

Birinci dəfə qəbulda iştirak edənlər hər hansı məbləğ ödəməyəcəklər.

Təkrar qəbul imtahanına baş vuranlar isə 40 manat həcmində vəsait ödəməlidirlər.

Bu ildən Azərbaycanda bəzi qəbul imtahanları ödənişlidir. İmtahanların qiyməti 10 manatdan 100 manata arasında dəyişir.

Günün bütün mövzuları

XS
SM
MD
LG