Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 10:25

Azərbaycan Ərəb Əmirliklərinə ticarət nümayəndəsi təyin edib


Azərbaycanda BƏƏ biznes forumu. 20okt2016

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ticarət nümayəndəsi təyin edib. Bu postu Elnur Əliyev tutacaq.

Bu haqda İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.

Nazirlik qeyd edir ki, bu iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafında, qeyri-neft ixracının genişləndirilməsində, “Made in Azerbaijan” brendinin təşviqində və BƏƏ investisiyalarının cəlb olunmasında önəmli olacaq.

Buna da bax:​ Birləşmiş Ərəb Əmirliklərində internetdə Qətərə rəğbət bəsləyənlər həbsə atılacaq

BƏƏ Azərbaycanın ticarət nümayəndəsi təyin olunduğu 3-cü xarici ölkədir.

XATIRLATMA

Bu il yanvarın sonunda prezident İlham Əliyev xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarda ticarət nümayəndəsinin təyin edilməsi haqqında fərman imzalayıb.

Ticarət nümayəndələri xarici ölkələrdə Azərbaycanın iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsindən ötrü fəaliyyət göstərməlidirlər.

Buna da bax: Azərbaycanın xarici bazarda itirdiyi mövqələri kimlər tutur

Həmin fərmana uyğun olaraq, ilk təyinat fevralın əvvəlində Rusiyadakı səfirliyə olub. Daha sonra Çinə ticarət nümayəndəsi təyin edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG