Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:40

Azərbaycanın xarici bazarda itirdiyi mövqələri kimlər tutur


Ukrayna - Dəniz konteyner terminalı. Kranlar gəmiləri yükləyir, Odessa, 5 dekabr 2008

“Exo” qəzeti “Azərbaycan xarici bazarlarda mövqelərini itirir” sərlövhəli məqalə dərc edib.

Müəllif ölkənin aqrar sektorunuda durumu ekspertlərlə müzakirə edir.

“Bu sahə uzun illərdir ki, düzgün inkişaf yolunda deyil, elə ticarət dövriyyəsinin azalması problemi də bundan qaynaqlanır. Keçən il bütün ilboyu aqrar sahədə islahatlar aparılmasından, istehsalın artırılmasından və Azərbaycanın ticarət dövriyyəsinin azalması probleminin həll olunmasından danışdılar”.

Bunu qəzetə ekspert Nəriman Ağayev bildirib. Ekspert deyir ki, aqrar sahədən əldə edilən gəlirin artmasına imkan verməyən kifayət qədər problemlər var:

“Bürokratiya, tarif siyasəti və potensial ixarcatçıların savadsızlığı bu problemlərin ilk sırasında yer alır. Xarici bazarda çalışmaq o qədər də asan deyil. Bu zəhmət tələb edən işdir. Çoxları isə bunu həll etməyə girişmir, hökumət isə xarici bazara inteqrasiya olunmaq üçün yetərli səy göstərmir”.

Ekspert bu izahdan sonra bir zamanlar Azərbaycanın yeri olan bu bazarlarda indi Gürcüstanın yüksək nəticələr əldə etdiyini, Azərbaycanın isə mövqeyini itirdiyini bildirir.

Başqa bir ekspert Rövşən Ağayev isə deyir ki, bu mövqelərin itirilməsi özünü Azərbaycanın xarici bazarlarla ticarət dövriyyəsinin azalmasında da göstərir:

“Təhlillər göstərir ki, Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 20- 50% arasında azalıb. Böhranın təsirilə milli iqtisadiyyat kəskin azalıb. Biznesin inkişafı üçün investisiya yoxdur, bahalıq üzündən çətin satıldığı üçün sahibkarlar mal idxalında maraqlı deyildirlər. Yüksək rütbəli məmurların iqtisadiyyatın şaxləndirilməsi haqda bəyanatlarına baxmayaraq bu sahədə heç nə edilməyib. Büdcə əhəmiyyətli dərəcədə neftdən asılıdır, bütün ümidlər enerji bazarına bağlanıb”.

Sülh və tolerantlıq bayramı -Novruz

Novruz bayramının rəmzlırindən biri səməni, Bakı, 19 mart 2014
Novruz bayramının rəmzlırindən biri səməni, Bakı, 19 mart 2014

“Azərbaycan” qəzeti “Beynəlxalq Novruz Günü BMT-də qeyd olunub” sərlövhəli məqalədə BMT-də “Novruz Bayramı”nın qeyd olunmasını dəyərləndirir.

BMT-nin Cenevrədəki Bölməsinin yerləşdiyi Millətlər Sarayında Azərbaycan, Albaniya, Əfqanıstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın daimi nümayəndəliklərinin və BMT Bölməsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib.

Novruz 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnaməyə əsasən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan edilib. Həmin vaxtdan Novruz Günü BMT-də qeyd olunur.

Məqalədə Cenevrədə keçirilən tədbirdən bəhs olunur.

Novruz bayramını qeyd edən ölkələr adından çıxış edən Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov Novruzun mədəni irs və çoxəsrlik ənənələrin birlik təcəssümü kimi xalqlar arasında əlaqələrin qarşılıqlı hörmət əsasında möhkəmləndirilməsində mühüm rolunu qeyd edib:

“Dünyanın müxtəlif bölgələrində 300 milyondan çox insan tərəfindən qeyd edilən, sülh və tolerantlıq ideyalarını özündə birləşdirən Novruz BMT ideallarını tam əks etdirir”.

İştirakçı ölkələrin daimi nümayəndəliklərinin hazırladığı tarix, mədəniyyət və incəsənətə aid foto və video materiallar təqdim edilib . Milli yeməklərdən və şirniyyatlardan ibarət xüsusi guşələr təşkil olunub.

Özünü dəyərsizləşdirmə

“Novoye Vremya” qəzetində diqqəti “İctimai şəbəkələrin səhifələri üzrə...” sərlövəhli

məqalə diqqəti cəlb edir.

Müəllif sosial şəbəkələrdə milli və mənəvi dəyərlərin davamlı təhqirlərə məruz qalmasını müzakirəyə çıxarır:

“Bir hissə zəürdüştiliyi, bir hissə “Novruz Byaramı”nı, bir hissə xristian keçmişimizi, bir hissə islamı, bir hissə məzhəbləri ittiham edir. Bunu edənlər heç cür anlaya bilmirlər ki, bütün bu dəyərlər keçmişimiz, bu günümüz və sabahımızıdır”.

facebook social şəbəkəsi
facebook social şəbəkəsi

Müəllif deyir ki, bayramların qeyd olunması bəşər mədəniyyətinin ilkin formasıdır. Bütün bayarmlar ya tarixi, ya da dini köklərə bağlı olublar və getdikcə özünün ilkin mahiyyətini dəyişərək bütünlükdə cəmiyyəti birləşdiriən dəyərə dönüblər.

Müəllifə görə, dünən baş verənlərə tarixi yekun vurğamağa tələsənlər var. Amma nəticə çıxarmaq hələ tezdir və bəzən şübhəli mənbələr, obyektiv bilik qıtlığı, bu sahədə nəticə çxarmaq üçün çox pis mübahisə alətidir və terixə yekun vurmaq üçün yetərli deyil.

Məqalədə deyilir ki, zamanı gəlincə, tarixi hadisənin qiymətləndirilməsi prosesi özü işə düşür. Ona görə indidən bütün dəyərləri ittiham edərək dəyərdən salmaq olduqca tezdir:

“Amma maraqlı olan budur ki, o zaman çatanda bəlkə heç qiymətləndirməyə ehtiyac qalmayacaq. Ola bilər ki, etirazlar da olsun ki, yox, qiymətləndirmə lazımdır. Onda qoy bunu lazım olanda peşəkarlar etsinlər . Amma bizim üçün sual budur ki, görəsən biz öz tari-mar edilmiş keçmişimizlə gələcəkdən nə gözələyirik?”.

Günün bütün mövzuları

XS
SM
MD
LG