Birləşmiş Ərəb Əmirliklərinin baş prokurorluğu internetdə Qətərə rəğbət bəsləyənlər və ya Birləşmiş Ərəb Əmirlikləri dövlətini tənqid edənlərin cəzalandırılacağını bəyan edib.
Bunu Birləşmiş Əmirliklərin baş prokuroru Hamad Saif Al-Shamsi “Al Arabiya” kanalına müsahibəsində deyib.
Mənbə yazır ki, buna görə, 3 ildən 15 ilədək həbs cəzası və ya azı təxminən 150 min dollar cərimə nəzərdə tutulur.
Səudiyyə Ərəbistanı, Bəhreyin, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Misir, Maldiv adaları və Mavrikiya iyunun 5-də Qətərlə diplomatik əlaqələri kəsiblər.
Bu ölkələr Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edirlər.