Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 05:44

Bu il 73 korrupsiya işi məhkəməyə göndərilib


Baş prokurorluq

Bu ilin beş ayı ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 90 şəxs barəsində 73 cinayət işini məhkəmələrə göndərilib.

AZƏRTAC xəbər verir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iyunun 6-da deyib.

Buna da bax:​ Terror qanunvericiliyinə dəyişiklik edilir

Baş İdarə rəisi bildirib ki, hazırda qurumun icraatında 112 cinayət işinin istintaqı aparılır. Yaxın vaxtlarda həmin cinayət işləri tamamlanaraq məhkəmələrə göndəriləcək.

“Bundan başqa, bir sıra məlumatlar, materiallar və müxtəlif nəzarətedici maliyyə qurumlarının apardığı yoxlamaların nəticələri də araşdırılaraq hüquqi qiymət verilməsindən ötrü Baş İdarəyə göndərilib. Hazırda bu məsələlərlə bağlı ilkin araşdırmalar aparılır. Onların nəticələrindən asılı olaraq, cinayət işlərinin başlanılıb-başlanmaması məsələsi həllini tapacaq”.

Buna da bax:​ Prokurorun adıyla dələduzluq edən qardaş həbsdən buraxıldı

Ancaq, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinə bəzi ekspertlər tənqidi yanaşırlar. Onlar hesab edirlər ki, bu idarə ölkədə baş verən böyük korrupsiya əməllərinin üzərinə gedə bilmir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG