Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:51

Prokurorun adıyla dələduzluq edən qardaş həbsdən buraxıldı


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Nazir Quliyevin qardaşı Namiq Quliyevə mayın 31-də hökm oxunub.

87 min manatlıq dələduzluğa görə həbsdə olan Namiq Quliyev məhkəmə zalından azadlığa buraxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası onu dələduzluqda təqsirli bilsə də, şərti cəzayla həbsdən azad edib.

Təqsirləndirilən Nazir Quliyevin qardaşının adı ona görə qeyd olunur ki, o, məhz prokuror qardaşının adıyla dələduzluq etməkdə suçlanır. İttihama görə, Nazir Quliyev gəmi təmiriylə məşğul olan "Techmarin LTD" şirkətinin direktoru Arif Həsənovun problemini həll etmək vədiylə ondan 87 min manat alıb. Amma sonda nə problem həll olunub, nə də pul qayıdıb.

Buna da bax:​ Baş Prokurorluqda korrupsiya müzakirələri

Arif Həsənovun həll eləmək istədiyi problem isə MTN-in caynağından qurtulmaq olub. Arif Həsənov şikayətində yazıb ki, MTN generalı Akif Çovdarov və adamları onu müflis edərkən, hədə-qorxu gələrkən Namiq Quliyev prokurorluqda işləyən qardaşının köməyi ilə onu bu vəziyyətdən qurtaracağını söyləyib. Bundan ötrü də ondan pulu alıb.

“QARDAŞI KÖMƏK EDƏCƏKDİ”

Arif Həsənovun oğlu Həsən Həsənov da məhkəmədə deyib ki, Namiq Quliyev atasından 87 min alıb: "Bizim MTN-lə bağlı işimiz var idi. Əmlakımız ələ keçirilmişdi. Namiq dedi ki, qardaşı prokurordur və bu işi həll edəcək. Əvvəlki iş yoldaşım Əlizamin vasitəsiylə onları tanımışıq. Əlizamin dedi ki, Namiqgil bizə kömək edərlər. Əksinə, bunlar bizi soydular.

Buna da bax:​ ‘Casus qalmaqalı’yla bağlı yeni xəbərlər

Pulu Namiqə mən vermişəm. Pulu da qardaşının adı ilə aldı. Qardaşı kömək edəcəkdi. Namiq məndən MTN-də başımıza gələnləri soruşurdu. Mən 8 gün MTN-də saxlanılmışam. Akif Əliyev və digər MTN zabitlərinin bizə nə etdikləri, atamın əmlakını necə ələ keçirmək istədikləri barədə məlumat vermişəm".

Təqsirləndirilən Namiq Quliyev məhkəmədə etiraf edib ki, Həsənovlardan 85 min pul alıb. Amma dediyinə görə, həmin pulu MTN işini həll etmək üçün yox, birgə iş qurmaq üçün alıb.

Məhkəmədə o da bəlli olub ki, zərərçəkmiş Arif Həsənovun əmlakını MTN-də ələ keçiriblər. Onunla 130 minlik də məcburi borc müqaviləsi imzalanıb.

Arif Həsənov MTN generalı Akif Çovdarovun işində də zərərçəkmiş qismində tanınıb.

Buna da bax:​ MTN polkovniki: 'Barəmdə həbs-qətimkan tədbiri seçmiş hakimlərin özlərini...'

XATIRLATMA

Akif Çovdarov 2015-ci il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib. Hazırda 19 nəfər həbsdədir.

A.Çovdarova və onunla birgə hakim önünə çıxarılanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG