Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 23:02

Putin ABŞ seçkisinə müdaxiləylə bağlı deyilənləri danır


V.Putin

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trump-la bağlı əlində kompromat olması haqda deyilənləri təkzib edib. O, Moskvanın 2016-cı il ABŞ prezident seçkisinə müdaxilə etmədiyini də dilə gətirib.

Putin iyunun 4-də ABŞ-ın NBC telekanalının «Sunday Night with Megyn Kelly» proqramına müsahibə verib. O deyib ki, əlində Trump-a ziyan vuracaq informasiya olması barədə məlumatlar cəfəngiyatdır: «Bütün bu məlumatları haradan alırıq?».

Putin-in dedikləri proqramda ruscadan ingiliscəyə tərcümə olunub.

O söyləyib ki, Moskvanın, ABŞ-ın çoxsaylı kəşfiyyat agentliklərinin iddia etdiyi kimi, prezident seçkisinə müdaxiləsinə ehtiyac yoxdur.

«Bunu etməyə ehtiyac da yoxdur. Prezidentlər gəlirlər, gedirlər, hətta hakimiyyətdəki partiyalar belə dəyişirlər, ancaq əsas siyasi kurs dəyişmir», – Putin deyib.

Putin ABŞ prezidentiylə «xüsusi münasibəti» olmadığını bildirib.

Hazırda ABŞ kəşfiyyat orqanları Rusiya rəsmilərinin ötənilki prezident seçkisi kampaniyasına mümkün təsirini araşdırır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG