Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 00:55

Putin Türkiyəyə qarşı daha bir neçə sanksiyanı qaldırdı


Vladimir Putin və Recep Tayyip Erdogan

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyaların qaldırılması barədə fərman imzalayıb.

Bu barədə RİA Novosti mayın 30-da Kremlin mətbuat xidmətinə istinadla xəbər verir.

Məlumata görə Türkiyədən işçi qüvvəsi və müxtəlif sahələrdə fəaliyyət göstərən Türkiyə şirkətlərinə qarşı məhdudiyyətlər aradan qaldırılıb.

Həmçinin Putin Rusiyaya vizasız gələ bilən Türkiyə vətəmdaşlarının siyahısını genişləndirib.

Bu hava pilotları və diplomatlar da daxil olmaqla xidməti pasportu olan və Rusiyaya qısa müddətə gələn şəxslərə şamildir.

Bu həmin şəxslərin ailə üzvlərinə də aid olacaq.

Amma qeyd edilir ki, bu istisna, Türkiyənin eyni addım atacağı halda işləyəcək.

Qeyd edək ki, Türkiyənin 2015-ci ildə Suriya sərhədi yaxınlığında Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşmişdi və Moskva Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq eləmişdi.

Erdogan sonradan həmin insidentə görə üzr istədikdən sonra münasibətlər normallaşmağa başladı.

Buna da bax:

Putin:"Rusiya-Türkiyə münasibətləri tam formatda bərpa olunur"

Günün bütün mövzuları

XS
SM
MD
LG