Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:02

Putin:"Rusiya-Türkiyə münasibətləri tam formatda bərpa olunur"


Vladimir Putin və Recep Tayyip Erdogan Soçi, 3 may, 2017
Vladimir Putin və Recep Tayyip Erdogan Soçi, 3 may, 2017

Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya ilə Türkiyə arasında münasibətlər tam formatda bərpa olunur.

Rusiya prezidenti bunu mayın 3-də Soçidə türkiyəli həmkarı Racep Tayyip Erdoganla görüşdə deyib.

Qeyd edək ki, Türkiyənin 2015-ci ildə Suriya sərhədi yaxınlığında Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşmişdi və Moskva Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq eləmişdi.

Erdogan sonradan həmin insidentə görə üzr istədikdən sonra münasibətlər normallaşmağa başladı.

“Çox yaxşı ki, bizim işçi rejimdə görüşüb qarşılıqlı əlaqələrlə bağlı vacib məsələləri və beynəlxalq gündəmdə olan əsas məsələləri , o cümlədən də Suriya böhranı kimi aktual məsələləri müzakirə etmək imkanımız var” və buo deməkdir ki, iki ölkə arasındakı münasibətlər xüsusi xarakter alır və tam bərpa olunur”, Putin bildirib.

Öz növbəsində Racep Tayyip Erdogan qeyd edib ki, Moskva ilə Ankaranın atdıqları birgə addımlar Yaxın Şərqdəki vəziyyətə təsir edə bilir.

“Bizim çiynimizə çox ciddi iş, böyük məsuliyyət düşür. Əminəm ki, birgə atdığımız addımlar ümumilikdə bütün regionun taleyini dəyişir”,Erdoqan deyib.

Qeyd edək ki, Erdogan Soçiyə səfəri ərəfəsində Rusiyanı Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları tam aradan qaldırmağa çağırmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG