Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 21:27

Dünyanın ən böyük teleskopu tikilir


Avropanın ən böyük teleskopu - Pulkovo (Sankt Peterburq)

Mayın 26-da Çilinin Atakama səhrasında dünyanın ən böyük optik teleskopunun tikintisi başlanıb. Bu, hazırkı ən böyük teleskopdan beş dəfə böyükdür.

Bu teleskop 3 min metrlik yüksəklikdə quraşdırılır, ən böyük güzgüsünün eni 39 metr olacaq. Teleskop 2024-cü ildə işə salınacaq.

Teleskopun digər ulduzların orbitindəki planetlərin kəşfinə, daha kiçik planetlərin tapılmasına kömək edəcəyi gözlənir.

Buna da bax:​ Ən iri radioteleskop istifadəyə verildi

“Burada elmin imkanlarının ən böyük örnəyini görürük”, – Çili prezidenti Michelle Bachelet açılış mərasimində deyib.

Atakamadakı quru mühit müşahidə imkanlarını yaxşılaşdırır. 2020-ci ilədək regiondakı astronomik infrastrukturun 70 faizi bu regionda yerləşəcək.

Teleskopun quraşdırılmasına 1 milyard avronun xərclənəcəyi gözlənir. Maliyyəni Avropa Cənub Rəsədxanası ayırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG