Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 07:51

Təkbaşına etiraz edən cəbhəçi buraxılıb


Füzuli Hüseynov

«Mayın 24-də təkbaşına yazılı şüar qaldıran AXCP üzvü Füzuli Hüseynov elə axşam saatlarında xəbərdarıq edilərək sərbəst buraxılıb».

Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisi Oktay Gülalıyev bildirib.

Onun deməsinə görə, F.Hüseynov saxlandıqdan sonra Nəsimi rayon Polis İdarəsinə gətirilib. Oradan isə Nəsimi rayon Məhkəməsinə aparılıb:

«Amma nə üçünsə məhkəmə olmayıb və yenidən geri idarəyə gətirilib, burada xəbərdarlıq edilərək buraxılıb».

O.Gülalıyevin bildirməsinə görə, idarədə F.Hüseynova xəbərdarlıq edilib ki, birdə belə hərəkət etsə, bunun ağır nəticələri olacaq.

Hazırda F.Hüseynovun özünün telefonuna zəng çatmır. Baş verənlərə Nəsimi rayon Polis İdarəsindən isə rəy almaq mümkün olmayıb.

XATIRLATMA

AXCP üzvü F.Hüseynov mayın 24-də metronun «28 May» stansiyası yaxınlığında təkbaşına «Bütün siyasi məhbuslara azadlıq» şüarı yazılmış plakat qaldırmışdı. Bir neçə dəqiqə sonra polislər gəlib onu aparmışdılar.

Azərbaycan hüquq müdafiəçiləri ölkədə 160-a yaxın siyasi məhbusun olduğunu bildirirlər. Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG