Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:29

Baş redaktora prokurorluqda xəbərdarlıq olunub


Mustafa Hacıbəyli

“Bastainfo.com” internet portalının rəhbəri Mustafa Hacıbəyli mayın 23-də Baş Prokurorluqda dindirilib.

Bu haqda prokurorluğun məlumatında yazılır.

Məlumatda bildirilir ki, prokurorluğun araşdırmaları zamanı internet portalında dərc edilmiş məqalələrdə dövlət sirri, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəaları kobud surətdə pozulub. Azərbaycanın təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.

Buna da bax:​ Baş redaktor prokurorluğa çağırılıb

Prokurorluq vurğulayır ki, M. Hacıbəyli buna görə, “Prokurorluq haqqında” qanuna uyğun olaraq dəvət edilib. Jurnalistin diqqətinə “Kütləvi informasiya vasitələri haqqında” qanunun müvafiq tələblərinin çatdırıldığı, rəsmi xəbərdarlıq edildiyi bildirilir.

Jurnalistin dindirilməsi 2 saata yaxın davam edib.

Bu haqda M.Hacıbəylinin özü də məlumat yayıb.

M.Hacıbəyli prokurorluğa vəkili Nemət Kərimli ilə gedib. Jurnalist prokurorluğun mətbuat məsələləri üzrə nümayəndəsi Eldar Sultanlı və baş prokurorun müavini Rüstəm Usubovun qəbulunda olub.

Jurnalist R.Usubovun qəbulunda tək olub. Deməsinə görə, vəkilini qəbula buraxmayıblar.

Buna da bax:​ Mustafa Hacıbəyli polisdə dindirilib

Mustafa Hacıbəylinin bildirdiyinə görə, baş prokurorun müavini “Bastainfo.com”da dərc olunan bir neçə yazıya iradını bildirib.

“Baş prokurorun müavini bildirdi ki, son günlərdə orduda baş vermiş “xəyanət” faktları barədə istintaq başa çatmamış, isbatını tapmayan məlumatların dərc olunması yolverilməzdir”, jurnalist bildirib.

M.Hacıbəyli ona xəbərdarlıq edildiyini, bununla bağlı müvafiq sənədə imza atdığını bildirib.

Ordu ilə bağlı xəbərlər yalnız...

“Həmin sənəddə konkret olaraq ordu ilə bağlı xəbərlərin yayılmasının qadağan olunduğu, yalnız rəsmi mənbələrə istinad etməyin vacibliyi bildirilirdi”.

Buna da bax:​ Avropa Məhkəməsi hökuməti 91 min avro cərimələdi

Xatırlatma

Baş Prokurorluq tez-tez media və jurnalistlərə M.Hacıbəylinin işində olduğu kimi belə xəbərdarlıqlar edir.

Bir çox ekspertlər bunu jurnalistin peşə fəaliyyətinə müdaxilə kimi dəyərləndirir. Ekspertlərin fikrincə, prokurorluğun xəbərdarlıqları, jurnalistləri sorğu-sual etməsi onları doğruları yazmaqdan çəkindirir.

Baş Prokurorluq son zamanlar həm də bəzi müstəqil saytların bloklanmasının əsas təşəbbüskarı kimi gündəmə gəlib.

Buna da bax:​ Məhkəmə müstəqil saytları blokladı [yenilənir]

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məhz Baş Prokurorluğun müraciətindən sonra martın 27-də «Azadlıq» qəzetinin azadliq.info, AzadlıqRadiosu-nun azadliq.org, Meydan.TV-nin, «Azərbaycan saatı» televiziya proqramının və TuranTV-nin saytlarına girişə blok qoyub.

Nazirlik daha sonra həmin müraciətə söykənərək məhkəməyə müraciət edib. Həmin müraciət əsasında sözügedən saytlara girişin bloklanması da qanuniləşib.

Saytlara qarşı iddiada da dövlətin mənafeyinə xələl gətirən yazıların dərci əsas göstərilib. Ancaq məhkəmədə müdafiə tərəfi bu iddiaların əsasız olduğunu bəyan ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG