Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 23:25

«25 il bundan öncə mənimlə Şuşa döyüşlərində iştirak edən və mayın 8-də həlak olan Bayram Səfərovun işinin araşdırılması adı ilə aprelin 27-də Binəqədi rayon Polis İdarəsinin 5 saylı polis bölməsində dindirildim».

Bunu AzadlıqRadiosuna «Basta-info» saytının baş redaktoru Mustafa Hacıbəyli bildirib.

M.Hacıbəyli deyir ki, bu dəvətin özü ona maraqlı olub: «Dedilər ki, məni Dövlət Təhlükəsizliyi Xidməti yanında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyanın xahişi ilə dindirirlər. Mən də bildirdim ki, komissiya məni niyə polis vasitəsilə dindirir? Çağırsaydılar, özüm gedərdim. Bir də 25 il öncə olmuş bir hadisənin indi araşdırılması mənə də qəribə gəldi».

M.Hacıbəyli deyir ki, onu bölmənin polis mayoru Cavanşir Quliyev dindirib, izahat yazıb və verilən sualları cavablandırıb.

Ancaq M .Hacıbəyli bu dəvəti özünə və qardaşı, Müsavat Partiyasının başqanı Arif Hacılıya təzyiq hesab edir: «Polis bölməsində mənimlə etik davrandılar. Ancaq mayor Elçibəy hakimiyyətini pisləyərək, indiki hakimiyyəti tərifləyirdi...».

M.Hacıbəyli yenidən polisə dəvət olunacağı barədə hər hansı xəbərdarlıq edilmədiyini bildirib.

Məsələyə, hələlik, Binəqədi rayon Polis İdarəsinin 5 saylı polis bölməsindən münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG