Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 21:59

Trump administrasiyası 4 trilyon dollarlıq büdcəni açıqlayır


FY2018

ABŞ prezidenti Donald Trump administrasiyasının gələn il üçün 4.1 trilyon dollarlıq büdcəni təqdim edəcəyi gözlənir. Bu büdcədə populyar «Mediciad» proqramına vəsaitdə böyük ixtisarlar nəzərdə tutulub. Həmin proqram aztəminatlı əhaliyə tibbi sığorta təmin edir.

Ağ ev mayın 23-də açıqlanacaq büdcənin icmalını bir gün öncə yayıb.

Gələn ilin büdcəsində federal işçilərin pensiya imtiyazları, xarici yardımda da kəsilmələr var. Ancaq hərbi büdcəyə böyük artım nəzərdə tutulub.

Büdcənin təqdimatı uzun prosesin bir hissəsidir. Bu layihə hələ Konqresdən keçməlidir və Konqresə Trump-ın respublikaçılarının nəzarət etməsinə baxmayaraq, ona böyük dəyişikliklər gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG