“The Washington Post” qəzeti yazır ki, Ağ evin yüksək rütbəli müşaviri “Rusiya istintaqı”nda vacib “maraqlı şəxs”dir. Həmin istintaq Rusiyanın ötən il ABŞ-da seçki prosesinə müdaxiləsini, Donald Trump-ın kampaniyasıyla Moskvanın əlaqələrini araşdırır.
Bu xəbər mayın 19-da ayılıb və Trump-dan ötrü getdikcə dərinləşən siyasi böhranın pik dövrünə düşür. Belə ki, FTB və Konqresin üç ayrı-ayrı komitəsi bu istintaqı aparır.
Buna da bax: Rusiya ABŞ münasibətləri niyə pisləşir?
Mayın 17-də isə Ədliyyə Departamenti FTB-nin keçmiş direktoru Robert Mueller-i istintaqı aparmağa xüsusi prokuror postuna təyin edib.
“The Washington Post” mənbələrinin durumla tanış olan adamlar olduğunu bildirib.