Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 00:55

Atəşkəslə bağlı 18 may açıqlaması


Qarabağda erməni əsgəri

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 115 dəfə pozublar.

Bu zaman iriçaplı pulemyotlardan, 60 və 120 millimetrlik minaatanlardan da (32 mərmi) istifadə edildiyi vurğulanıb.

Məlumatda bildirilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Kəmərli, Bala Cəfərli, Berd rayonundan da Tovuz rayonunun Koxanəbi, Muncuqlu və Əlibəyli kəndləri atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Cəvahirli, Sarıcalı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Veysəlli kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG