Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 12:03

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları, hələ ki, ən çox Türkiyə atletlərinə uğurlu olub.

Türkiyə medal sıralamasında birinci yerdədir. Onlar bu gün mayın 17-də medal sayını 132-yə yüksəldiblər.

Türkiyənin hesabında 51 qızıl, 45 gümüş, 36 bürünc medal var.

Azərbaycan millisi isə ikinci sıradadır.

Buna da bax:​ Azərbaycan 3 günə 50 medal qazanıb

Mayın 17-də Azərbaycan atletləri medal sayını 91-ə yüksəldiblər.

Onların hesabında 45 qızıl, 26 gümüş medal var. Bundan başqa, atletlər Azərbaycanın hesabına indiyədək 20 bürünc medal da yazdırıblar.

İslamiadanın autsayderləri 22 ölkədir. Aralarında Somali, Tacikistan, Toqo, Yəmən, Fələstin, Mali, Mozambikin də olduğu həmin ölkələr, hələ ki, medal qazana bilməyiblər.

Olimpiya oyunlarında adətən yüksək göstəricilər əldə edən Qazaxıstan da medal sıralamasının zəifləri sırasında yer alır. Bu ölkə indiyədək cəmi 1 bürünc, 2 bürünc medal qazana bilib.

Buna da bax:​ İdmançılara veriləcək mükafatlar açıqlanıb

IV İslam Həmrəyliyi Oyunları mayın 22-nə kimi davam edəcək. Azərbaycana bununla bağlı 54 ölkədən 3 mindən çox idmançı gəlib.

İdmanın 21 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı bu oyunlarda 425 atlet təmsil edir. Yarışların rəsmi açılışı mayın 12-də olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG