Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:49

Prezident İlham Əliyev mayın 11-də «Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları və onların məşqçilərinə ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat veriləcək.

Habelə, ikinci yeri tutana 30 min manat, onun məşqçisinə 15 min manat, üçüncü yeri tutana 20 min manat, onun məşqçisinə isə 10 min manat mükafat düşəcək.

IV İslam Həmrəyliyi Oyunlarında medalçılar sırasına düşəcək idmançıları Azərbaycan Milli Olimpiya Komitəsi də mükafatlandırmaq niyyətindədir.

Dövlət başçısı İ.Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi də bununla bağlı sərəncam imzalayıb.

Milli Olimpiya Komitəsi birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat verəcək.

Yenə ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat, üçüncü yeri tutana 20 min manat, onun məşqçisinə isə 10 min manat ödəniləcək.

XATIRLATMA

IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-nə kimi Bakıda keçiriləcək. Bu yarışlarda Azərbaycana 50-dən çox ölkədən 3 min idmançının gəlişi gözlənilir. Onlar idmanın 20 növü üzrə mübarizə aparacaqlar. Açılış mərasimi olmasa da, artıq futbol və həndbol yarışları başlayıb.

İki il öncə Bakıda keçirilən I Avropa Oyunlarında uğur qazanan idmançılara isə daha yüksək məbləğdə mükafatlar verilmişdi. Onda birinci yeri qazanan idmançılara prezident 100 min manat, Komitə isə 50 min manat vermişdi. Gümüş və bürünc medalçılar da indiki ilə müqayisədə daha çox mükafat alırdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG