Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 04:36

Makedoniya prezidenti sosial-demokratlara hökumət yaratmağı tapşırdı


George Ivanov

Makedoniya prezidenti George İvanov Sosial-demokrat partiyasının lideri Zoran Zaev-ə hökumət yaratmağı tapşırdı.

Bu barədə mayın 17-də AzadlıqRadiosu məlumat yayıb.

Sosial-demokratlar və albanların təmsil olunduğu partiyalar dekabrda keçirilən parlament seçkisində kolaision hökumət yaratmaq razılığına gəlmişdilər.

Amma prezident İvanovla həmrəy olan millətçi VMRO-DPMNE partiyası hökumət yaratmaq üçün Zaevə mandat verməkdən imtina elədi.

Makedoniya Avropa Birliyinə qoşulmaq istəyir.

Amma qurum bildirir ki, VMRO partiyasının hakimiyyəti dinc yolla ötürmək istəməməsi Skopyenin bloka üzvlüyü yolunda əngəldir.

Günün bütün mövzuları

XS
SM
MD
LG