Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 10:58

Almaz sırqalar hərracda 57 milyon dollardan baha satıldı


Foto arxiv

Almaz sırqalar hərracda təxminən 57,5 milyon dollara satılıb.

“Apollon və Artemida” sırqaları “Sotbeys” (Sotheby's) hərrac evində satılan ən bahalı sərqalar hesab olunur.

Amma bu məbləğ ilkin qiymətdən xeyli aşağı olub.

Təşkilatçılar sırqaları təxminən 70 milyon dollara satmaq istəyirdilər.

Hər biri 16 karat olan daşlar Cənubi Afrikadakı mədənlərdən çıxarılıb.

Cenevrdəki hərrac evi onları ayrılıqda satmaq istəsə də sırqaları adının çəkilməsini istəməyən bir nəfər alıb.

Çəhrayı rəngdə olan “Artemida” 15 milyondan, nadir mavi daş-“Apollon” isə 42 milyon dollardan baha satılıb.

“Çıhrayı ulduz” adlı daş indiyədək Sotbeys hərrac evində satılan ən bahalı almaz hesab olunur.

Təxminən 60 karatlıq bu daş 71 milyon dollara satılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG