Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 21:33

İslamiada-da Türkiyə liderlik edir


İlham Əliyev və Mehriban Əliyeva

Mayın 16-də Azərbaycan atletləri IV İslam Həmrəyliyi Oyunlarında medal sıralamasında ikinciliyi qoruyublar.

Hazırda Azərbaycan 79 medalla ikinci sırada yer alır.

Azərbaycanın hesabında 40 qızıl, 23 gümüş medal var. Bundan başqa, atletlər Azərbaycanın hesabına 16 bürünc medal da yazdırıblar.

Buna da bax:​ Azərbaycan İslamiadada hazırda 2-ci yerdədir

Medal sıralamasına əvvəlki kimi Türkiyə idmançıları liderlik edir.

Türkiyəli atletlər mayın 16-si qazandıqları medalların sayını 113-ə çatdırıblar.

Onların hesabında 43 qızıl, 39 gümüş, 31 də bürünc medal var.

IV İslam Həmrəyliyi Oyunları mayın 22-nə kimi davam edəcək. Azərbaycana bununla bağlı 54 ölkədən 3 mindən çox idmançı gəlib.

Buna da bax:​ Azərbaycan 3 günə 50 medal qazanıb

İdmanın 21 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı bu oyunlarda 425 atlet təmsil edir. Yarışların rəsmi açılışı mayın 12-də olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG