Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 00:39

Navalny-nın Moskvadakı seçki qərargahının açılışı təxirə salındı


Foto arxiv

Rusiyalı müxalif siyasətçi Aleksey Navalny-nın Moskvadakı seçkiqabağı qərargahının açılışı kirayəçi ilə problemə görə təxirə salınıb.

Azadlıq Radiosu Rusiya xidmətinin mayın 16-da verdiyi məlumata görə, bu barədə qərargahın rəhbəri Leonid Volkov tvitter-də məlumat yayıb.

Onun sözlərinə görə, açılış mərasimi mayın 24-ə təyin edilib. Qərargahın açılışı mayın 17-də olmalı idi.

Volkov hələ mayın əvvəllərində, yerin sahibinin kirəyə haqqında müqaviləni pozmaq qərarına gəldyini bildirmişdi.

O, həmçinin Navalny-nın Volqoqrad, Voloqda, Vladivostok, Vladimir və Krasnodardakı qərargahlarının eyni vəziyyətlə üzləşdiklərini deyir.

Federal Təhlükəsizlik Xidməti-nin əməkdaşları bu ərəfədə Navalny-nın Vladivostokdakı qərargahının kilidini dəyişiblər.

Nəticədə açılış mərasimi küçədə keçirilib.

Qeyd edək ki, Aleksey Navalnı prezident Vladimir Putin başda olmaqla Rusiya hakimiyyətinin sərt tənqidçilərindəndir.

XS
SM
MD
LG