Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 21:44

IV İslam Həmrəyliyi oyunlarının açılış mərasimi olub


IV İslam Həmrəyliyi oyunlarının açılış mərasimi. 12 may 2017

Mayın 12-si axşam saat 21-dən gecə saatlarına qədər “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

Bakı Olimpiya Stadionunda keçirilən açılış mərasiminə prezident İlham Əliyev, yarışların Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və müxtəlif beynəlxalq idman federasiyaların rəhbərləri qatılıblar.

Tədbirdə islam və milli mədəniyyətin elementləri nümayiş etdirilib.

Buna da bax:​ Prezident: 'Azərbaycan islamofobiya ilə mübarizənin önündədir'

Müğənni Alim Qasımovun azan ifasından tutmuş, milli rəqslərə qədər ifalar burada yer alıb.

İdmançıların paradı

Daha sonra, Azərbaycana gəlmiş İslam ölkələri komandalarının paradı başlayıb. Parad başa çatdıqdan sonra IV İslam Həmrəyliyi Oyunları üzrə Təşkilat Komitəsinin sədri, birinci – vitse-prezident Mehriban Əliyeva çıxış edib.

Buna da bax:​ İslam oyunları 50-dən çox ölkədə yayımlanacaq

M. Əliyeva İslam dünyasının əksər təmsilçilərini qəbul edən Azərbaycanın bu yarışlara ev sahibliyi etməsini böyük hadisə adlandırıb: “Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur. Biz minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik qədim diyarıq”

Atəşfəşanlıq

IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi Bakı Olimpiya Stadionu və Dənizkənarı Bulvar üzərində atəşfəşanlıqla başa çatıb.

Buna da bax: İdmançılara veriləcək mükafatlar açıqlanıb

IV İslam Həmrəyliyi Oyunları mayın 22-nə kimi davam edəcək. Azərbaycana bununla bağlı 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmisi və bir o qədər də texniki nümayəndə gəlib.

İdmanın 21 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı bu oyunlarda 425 atlet təmsil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG