Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 05:34

İslam oyunları 50-dən çox ölkədə yayımlanacaq


Foto arxiv

IV İslam Həmrəyliyi Oyunlarını mindən çox mətbuat təmsilçisi işıqlandıracaq. Yarışlar 50-dən çox ölkədə yayımlanacaq və ümumilikdə bir milyarddan çox tamaşaçının izləmək imkanı olacaq.

Bu barədə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında bildirilib.

Oyunlara 57 ölkədən 3 mindən çox idmançı qatılacaq. Təşkilatçılar indiyədək keçirilən İslam oyunlarına bu qədər ölkənin qatılmadığını nəzərə alanda, bu rəqəmləri rekord sayırlar.

Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar.

IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-nə kimi davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG