Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 21:02

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) keçmiş direktoru senat komitəsində mayın 16-da ifadə verməkdən imtina edib. Comey-i prezident Donald Trump bu həftə işdən çıxarıb və ona ifadə verməməklə bağlı xəbərdarlıq edib.

Senatın kəşfiyyat komitəsi Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə mümkün müdaxiləsini araşdırır. Comey komitədə qapalı dinləmələrdə ifadə verəcəkdi. O, FBI-nin oxşar araşdırmasına rəhbərlik edirdi.

Buna da bax:​ Comey 'Rusiya təhqiqatı'nı genişləndirmək istəyirmiş

“O, çərşənbə axşamı ifadə verməyəcək. Amma ümid edirik ki, yaxın gələcəkdə vaxt tapıb bizim komitədə danışacaq”, – komitənin demokratlardan aparıcı üzvü senator Mark Warner mayın 12-də MSNBC-yə deyib.

Trump elə dünən, “Twitter” səhifəsində Comey-ə xəbərdarlıq edib ki, komitədə danışmasın. “Yaxşı olar, James Comey mətbuata informasiya sızdırmamışdan öncə, söhbətlərimiz yazılmadığından əmin olsun”.

Buna da bax: Trump FTB rəhbərini işdən çıxarmasına haqq qazandırıb

Bu tvit Vaşinqtonda qəzəb doğurub, belə görünür ki, Trump təkcə Comey-i qorxutmağa çalışmır, həmçinin onun telefon söhbətlərini də yazır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG