Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:36

Trump FTB rəhbərini işdən çıxarmasına haqq qazandırıb


Donald Trump

ABŞ prezidenti Donald Trump Federal Təhqiqat Bürosu-nun (FTB) rəhbəri James Comey-i işdən azad etməsinə haqq qazandırıb.

Bu barədə Azadlıq Radiosu mayın 10-da Reuters agentliyinə istinadla məlumat yayıb.

Trump özünün Tvitter səhifəsində yazıb:”Comey demək olar ki, bütün respublikaçılar və demokratlar arasında etimadı itirib.Hamı sakitləşəndə, onlar mənə təşəkkür edəcəklər.

Trump-ın bu addımı Vaşinqtonda çoxlarını şoka salıb.

Demokratlar və digər şəxslər hesab edir ki, Ağ ev Federal Təhqiqat Bürosunun Rusiyanın ABŞ-da seçki kampaniyasına mümkün müdaxiləsi ilə bağlı araşdırmaları pozmağa çalışır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump mayın 9-da gözlənilmədən FTB-nin direktoru James Comey-ni vəzifəsindən kənarlaşdırıb.

Comey-nin idarəsi Trump-ın seçki kampaniyası ilə Rusiya arasında mümkün bağları araşdırır.

Prezident öz qərarını Comey-nin ötən il Hillary Clinton-un e-mailləri ilə bağlı təhqiqatı düzgün aparmaması ilə izah edib və bildirib ki, Comey işdən baş prokuror Jeff Sessions və onun müavini Rod Rosenstein-nin tövsiyəsi ilə azad olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG