Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 17:00

Putin Cənubi Koreyanın yeni prezidenti ilə Şimali Koreyadan danışıb


Cənubi Koreyanın yeni prezidenti Moon Jae, 10May 2017

Rusiya prezidenti Vladimir Putin Cənubi Koreyanın yeni seçilmiş prezidentinə deyib ki, Şimali Koreyanın yaratdığı nüvə təhdidinin həllində “konstruktiv rol” oynamağa hazırdır.

Daha öncə Cənubi Koreya prezidenti Moon Jae-in vurğulayıb ki, Pxenyanın nüvə təhdidini məhdudlaşdırmağın yolu tapılarsa, Seulla Moskva arasında da əməkdaşlıq güclənər.

Buna da bax:​ Rusiya hərbi texnikasının Şimali Koreya sərhədinə doğru cəmləşdiyi xəbər verilir

Moon Putin-lə 20 dəqiqəlik telefon söhbətində ümidini bildirib ki, “Rusiya bu işdə konstruktiv rol oynaya bilər”.

O, Şimali Koreyanın nüvə təhdidiylə bağlı altıtərəfli danışıqların bərpasında maraqlı olduğunu bildirib. ABŞ, Çin, Yaponiya, Rusiya və iki Koreyanın bu danışıqları 2008-ci ildə iflas edib, çünki Pxenyan raket buraxıb.

Buna da bax: Putin:"Rusiya-Türkiyə münasibətləri tam formatda bərpa olunur"

Bir neçə aydır Koreya yarımadasında gərginlik yüksəlib. Pxenyan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq nüvə və raket sınaqları keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG