Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 19:20

'İstanbul birjası' istintaqı çərçivəsində 50-dən çox saxlanan var


Türkiyədə növbəti həbslər

Türkiyədə İstanbul birjasıyla əlaqədar aparılan istintaq çərçivəsində 50-dən çox saxlanan var.

Anadolu xəbər agentliyinin mayın 12-də bildirdiyinə görə, ölkənin altı bölgəsində cəmi 57 nəfər saxlanıb. Onlar ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-ə bağlılıqda şübhəli bilinirlər.

Buna da bax:​ Türkiyə polisin sıralarındakı 1009 “gizli imamı” həbs etdiyini deyir

Daha öncə “Haberturk” qəzeti yazmışdı ki, saxlananlar Borsa İstanbulun – İstanbul birjasının keçmiş əməkdaşlarıdır, iyulda prezident Recep Tayyip Erdoğan-a qarşı çevriliş cəhdindən sonra işlərindən uzaqlaşdırılıblar.

Ankara Gülen-i həmin cəhdin arxasında durmaqda ittiham edir və ABŞ-dan onun ekstradisiyasını istəyir. Gülen ittihamları rədd edir.

Buna da bax: Almaniya 20 türkü casusluqda şübhəli bilir

Ötən iyuldan bəri on minlərlə adam həbsə atılıb, 140 mindən çox dövlət qulluqçusu, akademik işdən çıxarılıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG