Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:03

Almaniya 20 türkü casusluqda şübhəli bilir


Casus. Foto illüstrasiya
Casus. Foto illüstrasiya

Almaniya hökuməti 10 Türkiyə vətəndaşının casusluqla məşğul olması şübhələrini araşdırır. Bu barədə aprelin 6-da «Die Welt» qəzeti yazıb.

Hökumət almaniyalı deputat Sevim Dağdelen-in bu haqda sorğusunu cavablandırıb.

Bu arada NATO-nun bu iki müttəfiqinin münasibətləri gərgindir. Belə ki, Berlin türk nazirlərin 16 aprel referendum öncəsi Almaniya ərazisində təbliğat aparmasına icazə verməyib. Bundan sonra Türkiyə prezidenti Recep Tayyip Erdoğan «nasist taktikası» ittihamları səsləndirib.

«20 ŞÜBHƏLİYLƏ BAĞLI TƏHQİQAT GEDİR»

Almaniya prokurorluğu ötən ay bildirmişdi ki, Türkiyəyə casusluq ittihamlarıyla bağlı təhqiqat aparır. O zaman şübhələrin Türkiyə Kəşfiyyat Agentliyinə (MIT) qarşı yönəldiyi qeyd olunurdu. Bu qurumun ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen tərəfdarlarını izlədiyi söylənirdi. Ankara Gülen-i ötən iyuldakı çevriliş cəhdinin təşkilində ittiham edir, Gülen bu ittihamları danır.

«Hal-hazırda Türkiyə hökuməti adından gizli xidmət casusu fəaliyyəti gerçəkləşdirən 20 şübhəliylə bağlı təhqiqat gedir», – «Die Welt»in yazdığına görə, hökumətin deputata cavabında belə deyilir.

«Reuters» xəbər agentliyi fevralda alman polisinin dörd imamın mənzilində axtarış apardığını yada salır. Onlar Gülen tərəfdarlarını izləməkdə şübhəli sayılırdılar.

«Deutche Welle» radiosu isə həmin 20 şəxsin islamçı ruhanilər, yaxud imamlar olduğunun açıqlanmadığını vurğulayır.

Almaniya Daxili İşlər Nazirliyindən «The Associated Press» agentliyinə bildirilib ki, 16 bəlli şübhəli və daha 4 nəfərlə bağlı təhqiqat gedir. Amma Almaniya ərazisində hələ neçə belə şübhəlinin olduğu açıqlanmayıb.

XS
SM
MD
LG