Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 19:12

“Azadlıq” qəzetinin yayım direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirlinin səhhətinin pisləşdiyi bildirilir.

Bu haqda onun xanımı Lalə Əmirli məlumat verib.

L.Əmirli mayın 11-də həyat yoldaşı ilə görüşdüyünü bildirib. Onun bildirdiyinə görə, F.Əmirlinin durumu əvvəlcə normal olub. Ancaq tez-tez sağlıq durumunda problemlər yaranıb.

Buna da bax:​ Faiq Əmirli məhkəməyə çıxarılır

“Əhvalı əla olmasa da normal idi. Görüş 2 saat davam etdi. Ancaq bu müddətin 10-15 dəqiqəsi Faiqin qaytarması ilə keçdi”, xanımı deyib.

O, vurğulayıb ki, F.Əmirli mədə ağrıları ilə bağlı təcridxanada effektiv müalicə almır.

F.Əmirli bir müddət əvvəl səhhətindəki problemlərinə görə, 1 saylı Bakı İstintaq Təcridxanasında həkim müayinəsindən keçirilib. Vəkilləri onda bildirmişdilər ki, bu müayinə nəticəsində də Faiq Əmirlinin səhhətində problemlər aşkarlanıb. Müdafiə tərəfinin bildirməsinə görə, sadəcə cəza evində müalicə ciddi nəticə vermir.

Buna da bax:​ Faiq Əmirliyə ağır ittiham götürülüb, əvəzində...

Xatırlatma

Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb. O, həbs ediləndə əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü.

Bu dəfə ittihamlar Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddədən (vəzifə səlahiyyətindən sui-istifadə) gedirdi.

F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilib. Bəzi ittihamlar yekunda götürülüb.Yekun ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.

Buna da bax:​ Faiq Əmirlinin xanımının avtomobili qaytarılır

F.Əmirlinin cinayət işi artıq, Səbail Rayon Məhkəməsinə göndərilib.

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır.

F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG