Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 21:04

Faiq Əmirli məhkəməyə çıxarılır


Faiq Əmirli məhkəməyə gətirilən zaman

“Azadlıq” qəzetinin yayım direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirlinin cinayət işinin istintaqı bitib. İş artıq, məhkəməyə göndərilib.

Bu haqda onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkilin bildirdiyinə görə, işin materialları ilə tanışlıq da başa çatıb.

Buna da bax:​ Faiq Əmirliyə ağır ittiham götürülüb, əvəzində...

Faiq Əmirlinin işinə Səbail Rayon Məhkəməsi baxacaq. Cinayət işinin icraata verilməsi barədə, hələlik, vəkillərə məlumat verilməyib.

Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb.

O, həbs ediləndən əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü. Bu dəfə ittihamlar Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddədən (vəzifə səlahiyyətindən sui-istifadə) gedirdi.

Buna da bax: Faiq Əmirlinin xanımının avtomobili qaytarılır

Onun vəkilləri son açıqlamalarında isə bildirmişdilər ki, Faiq Əmirliyə qarşı irəli sürülmüş bəzi ittihamlar götürülüb. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb.

Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG