Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 03:13

Navalny Barselonada gözündən əməliyyat olunub


Aleksey Navalny

Rusiyalı müxalifətçi Aleksey Navalny Barselonada sağ gözündən əməliyyat olunub.

AzadlıqRadiosu Rusiya xidmətinin məlumatına görə, bu barədə müxalifətçi özünün “İnstaqram” səhifəsində yazıb.

Həkimlərin sözlərinə görə, onun görmə qabiliyyəti bir neçə aydan sonra bərpa olunacaq.

Qeyd edək ki, Navalny mayın 7-də Moskvadan Barselonaya uçub.

Xatırladaq ki, aprelin 27-də naməlim şəxs Navalny-nin üzünə yaşıl antiseptik maye olan «zelyonka» atıb.

Bundan bir neçə gün sonra ona xarici pasport verilib, hansı ki, son 5 il idə ala bilmirdi.

Navalny pasport aldıqdan sonra xaricdə müalicəyə getmək fikrində olduğunu bəyan elədi və bu günlərdə onun Avropaya viza üçün sənəd verdiyi bəlli oldu.

Qeyd edək ki, Aleksei Navalny prezident Vladimir Putin və hökumətin sərt tənqidçilərindən biri kimi tanınır.

Günün bütün mövzuları

XS
SM
MD
LG