Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 13:01

İran prezidenti Hassan Rouhani mayın 8-də sərt xətt tərəfdarı olan opponentlərini sərt tənqid edib, onların «zorakılıq və ekstremizm» erasının sona çatdığını deyib.

Yarırəsmi ISNA xəbər agentliyinin məlumatına görə, Rouhani İranın qərbində, Həmədanda seçki kampaniyası zamanı danışıb. O, mayın 19-da keçiriləcək prezident seçkisində ikinci dəfə prezident seçilməyə iddialıdır.

Mühafizəkar rəqibləri Rouhani-ni tənqid edir, 2015-ci ildə dünya gücləriylə əldə etdiyi nüvə sazişinin ölkəyə vəd olunan iqtisadi faydaları gətirmədiyini deyirlər.

Rouhani çıxışında xəbərdarlıq edib ki, opponentlərinin qələbəsi İranda daha böyük avtoritarizmə yol açar.

Günün bütün mövzuları

XS
SM
MD
LG