Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 11:36

Azərbaycan-Türkiyə təlimlərini gürcü hərbiçilər də müşahidə edib


Azərbaycan, Türkiyə və Gürcüstan bayraqlarıı

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin mayın 4-də baş tutan növbəti mərhələsini Gürcüstanın da yüksək səviyyəli hərbiçiləri müşahidə ediblər.

Bu, Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli formatda keçirilən əvvəlki görüşlərində əldə edilmiş razılığa əsasən baş tutub.

Bu haqda Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Buna da bax:​ Genişmiqyaslı hərbi təlimlər başlayır

Məlumatda vurğulanır ki, “Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində təlimləri müdafiə naziri Zakir Həsənov, Türkiyə Silahlı Qüvvələrinin hərbi birliyinin komandiri Mehmet Özoğlu və Gürcüstan Müdafiə Nazirliyinin briqada komandiri Zurab Xviçianı də izləyib.

Yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin təlimdə iştirak edən bölmələrinin qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdiyi bildirilir.

Buna da bax:​ Azərbaycan-Türkiyə hərbi əlaqələri müzakirə edilib

Qonaqlar təlimdən sonra şəxsi heyətlə görüşərək, fərqlənən hərbi qulluqçuları mükafatlandırıblar.

Azərbaycan və Türkiyə birgə təlimləri mayın 1-də başlayıb. Təlimlər mayın 5-nə kimi davam etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG