Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 22:42

Genişmiqyaslı hərbi təlimlər başlayır


Cəbhə xəttində hərbi təlimlər.

Aprelin 16-dan Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri keçiriləcək. Məqsəd qoşunların tapşırıqlara hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılmasıdır.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Xəbərdə bildirilir ki, döyüş şəraitinə uyğunlaşdırılmış genişmiqyaslı təlimlər prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən gerçəkləşdiriləcək.

Təlimlərə 30 min nəfərədək şəxsi heyətin, 250-dən artıq tank və zirehli texnikanın, 200-ə kimi müxtəlif çaplı raket, artilleriya qurğusunun, reaktiv yaylım atəş sisteminin, minaatanların, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyasının cəlb edilməsi planlaşdırılır.

Təlimlərdə yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatlarından da istifadə ediləcək.

Təlimlərin keçirilməsi haqqında qərarda qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi də nəzərdə tutulur. Bundan başqa, zərbə qruplaşmalarının yaradılması, döyüş aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, raket və artilleriya qoşunlarının start mövqelərinə çıxarılması icra olunacaq.

Təlimlər 5 gün - aprelin 21-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG