Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 03:30

Azərbaycan-Türkiyə hərbi əlaqələri müzakirə edilib


Yasar Gürel

“Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulan hərbi əməkdaşlıq əlaqələri daim inkişaf edir”.

Aprelin 27-də Türkiyənin Bakıda səfərdə olan Jandarma Baş Komandanı, ordu generalı Yaşar Güreli qəbul edən müdafiə naziri Zakir Həsənov belə deyib.

Nazirliyin mətbuat xidməti bildirir ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət diqqət mərkəzində olub.

Buna da bax:​ Genişmiqyaslı hərbi təlimlər başlayır

Z.Həsənov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə ciddi təhdiddir. Bu problemin tezliklə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həlli vacibdir.

Y. Gürel də öz növbəsində Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

Sonra Azərbaycan və Türkiyə hərbi qurumları arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Buna da bax: Azərbaycan-Türkiyə hərbi təlimləri keçiriləcək

Tərəflər birgə planların işlənilməsi, təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkilinə də diqqət ayırıblar.

Türkiyənin Jandarma Baş Komandanı, ordu generalı Yaşar Gürel dünən, aprelin 26-da Azərbaycana gəlib. O həmin gün daxili işlər naziri Ramil Usubovla görüşmüşdü. Yaşar Gürelin bu səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə də görüşü gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG