Keçid linkləri

2017, 24 Avqust, Cümə axşamı, Bakı vaxtı 09:07

Azərbaycan-Türkiyə hərbi təlimləri keçiriləcək


Azərbaycan-Türkiyə bayraqları

Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin birgə təlimləri keçiriləcək. Mayın 1-dən 5-nə kimi davam edəcək təlimlər iki ölkə arasındakı hərbi əməkdaşlıq haqqında sazişə əsasən reallaşacaq.

Müdafiə Nazirliyinin bildirməsinə görə, təlimlərin əsas məqsədi iki ölkənin silahlı qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, bölmələrin hazırlıq və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməkdir.

Buna da bax:​ Genişmiqyaslı hərbi təlimlər başlayır

Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları, minaatanlar, hava qüvvələrinin helikopterləri, hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.

Təlimlərdə iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti, artıq Azərbaycandadır. Azərbaycanın hərbi hava bazalarından birində həmin heyətin təntənəli qarşılanma mərasimi keçirilib.

Buna da bax:​ Hərbi təlimlərdə döyüş atışları icra olunub

Türkiyə nümayəndə heyətinə polkovnik Hakan Açıkgöz rəhbərlik edir. O, birgə təlimlərin vacibliyini vurğulayıb. Təlimlərdə qazanılan təcrübənin hər iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsir göstərəcəyini söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG