Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

Hərbi təlimlərdə döyüş atışları icra olunub


Müdafiə Nazirliyi

Bu gün, aprelin 20-də Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimlərinin əsas mərhələsi - döyüş atışları icra olunub.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda yazılır ki, bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, xüsusi növ qoşunlar, silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Buna da bax:​ Azərbaycan ordusu geniş miqyaslı təlimlərə başlayıb

Müxtəlif poliqonlarda müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində döyüş atışları icra olunub.

Xatırlatma

Aprelin 16-dan Silahlı Qüvvələrin genişmiqyaslı təlimlərinə start verilib.

Təlimlərin məqsədi qoşunların tapşırıqlara hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılmasıdır.

Buna da bax: Prezidentin dediyi hansı silahlardır?

Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-ə kimi müxtəlif çaplı raket, artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi, minaatanlar, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası cəlb edilib.

Təlimlər sabah, aprelin 21-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG